13.10.2016 / 11:14 xeber –
Dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədov vəsatət verərək bildirib ki, istintaq düzgün aparılmayıb: "Mənim bütün hüquqlarım pozulub. Buna görə cinayət işi ibtidai istintaqa qaytarılmasını istəyirəm".
Vəsatət baxılmamış saxlanılıb. İş baxışa verilib.
Məhkəmə baxış iclası oktyabrın 17-ə təyin edilib .
Qeyd edək ki, M.Əhmədov keçən il Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Veteran futbolçu barəsində M.Əhmədov barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.
mənbə :
lent.az