12.10.2016 / 15:56 xeber –
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:
Əbişov Rəhman Qaçaxan oğlu
İsgəndərov Cümşüd Xələf oğlu
Nağıyev Nəriman Nurəddin oğlu.
Prezidentin digər sərəncamı ilə isə Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə İlyaz Əmrah oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
mənbə :
lent.az