İçeriğe geçmek için "Enter"a basın

Aşura ərəfəsi ziyarətgaha hücum: 14 ölü, 30 yaralı

11-10-2016

11.10.2016 / 22:24 xeber –

Kabildə silahlıların ziyarətgaha hücumu nəticəsində 14 nəfər ölüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan DİN-in açıqlamasında bildirilir.

 

Məlumata görə, polis formasında olan üç silahlı “Saha məqbərəsi” adlandırılan ziyarətgaha hücum edərək oradakı möminləri gülləbaran edib. Hücum zamanı silahlılardan biri üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partladıb.  

 

Hücum zamanı rayon polis idarəsinin rəisi daxil olmaqla 30-dək şəxs yaralanıb. 

mənbə :
lent.az

Aşura erefesi ziyaretgaha hücum: 14 ölü, 30 yaralı