11.10.2016 / 18:51 xeber –
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında fərman verib.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, fərmanla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib.
Bu Fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minir.
mənbə :
lent.az