İçeriğe geçmek için "Enter"a basın

Bakıda faciəvi şəkildə ölən nişanlı gənclərin ADLARI BİLİNDİ - YENİLƏNİB

10-10-2016

10.10.2016 / 18:30 xeber –

 

Bu gün Bakıda qarajda meyiti tapılan gənc oğlanla qızın şəxsiyyəti müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, Tbilisi prospektində yerləşən qarajda meyitləri tapılanlar 1991-ci il təvəllüdlü Alışov Kamal İlham oğlu və 1994-cü ildə anadan olmuş Yusifzadə Zülfiyyə Faiq qızı olub. Onların cəsədləri 90 AR 086 dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomobildə aşkarlanıb.

 

K.Alışov ilə Z.Yusifzadə nişanlı olub.

 

Araşdırma aparılır. İlkin məlumata görə, gənc cütlük avtomobilin kondisionerinin buraxdığı dəm qazından zəhərlənərək vəfat edib.

 

*****

 

17:40

 

Bu gün günorta saatlarında Bakı şəhərində nişanlı cütlüyün meyiti tapılıb.

 

Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, təxminən 20-25 yaşlı qızla oğlanın nəşi Yasamal rayonu, Tbilisi prospektində yerləşən qarajda tapılıb.

 

İki gün öncə cütlüyün itkin düşməsi barədə polisə məlumat daxil olub və axtarışlara başlanılıb. Bu gün isə gənclərin maşında meyitləri tapılıb.

 

İlkin ehtimala görə, onlar avtomobildə uzun müddət qalıb və kondisioneri işlək vəziyyətdə saxlayıblar. Maşına dolan zəhərli havadan boğulub ölüblər.

 

Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, tapılan meyitlərin kimliyi hələ müəyyən edilməyib.

 

mənbə :
lent.az

Bakıda facievi şekilde ölen nişanlı genclerin ADLARI BİLİNDİ – YENİLƏNİB