İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı müğənni türkiyəli həmkarını Bakıya gətirir - FOTOLENT

10-10-2016

10.10.2016 / 16:05 xeber –

Türkiyənin tanınmış müğənnilərindən olan Bayghan Gürhan Azərbaycana gələcək. Bu barədə Lent.az-a azərbaycanlı müğənni Afaq Aslan deyib. O, bildirib ki, türkiyəli həmkarı ilə Bakıda səhnə alacaq: “Xatırlayırsınızsa bir müddət öncə açıqlamamda söyləmişdim ki, Türkiyədə layihə üzərində çalışıram. Bu işlərin bəhrəsini yaxın müddətdə görəcəyəm. Bütün bu layihələrin içində konsertlər də nəzərdə tutulub. Türkiyədə olanda Bayhanla danışdıq, Bakıda konsert vermək barədə danışdıq. Müsbət razılıq əldə olundu. Gecədə 10 nəfərlik canlı orkestrla səhnəyə çıxacaq.  Bundan başqa yeni mahnılar və fotosessiya üzərində çalışıram. Əminliklə deyə bilərəm ki, Azərbaycanda heç bir müğənni belə bir cəsarətli fotosessiya həyata keçirməyib. Bunu mən edəcəm. Gözləməyə dəyər”.

 

 

 

 

 

mənbə :
lent.az

Azerbaycanlı müğenni türkiyeli hemkarını Bakıya getirir – FOTOLENT