10.10.2016 / 15:45 xeber –
Bakıda tikintidə faciəli hadisə baş verib.
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsində tikilməkdə olan hotel binasında qeydə alınıb. Orada işləyən, 33 yaşlı Elçin Məmmədov binadan yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
lent.az