10.10.2016 / 14:12 xeber –
Şəkidə qadının bank hesabından oğurluq edilib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də rayon sakini Sumayə Həmidovanın bank hesabından 137 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi Təbriz Məcidov tutulub.
Araşdırma aparılır.
mənbə :
lent.az