İçeriğe geçmek için "Enter"a basın

AFFA körpüdən yıxılan azarkeşin müalicə xərcini öz üzərinə götürdü

09-10-2016

09.10.2016 / 17:50 xeber –

Millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə matçını izləmək üçün Bakı Olimpiya Stadionuna gedən azarkeşlərdən biri bədbəxt hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, körpüdən yıxılaraq ciddi xəsarət alan Nahid Zahidov təcili yaxınlıqdakı xəstəxanaya aparılıb.

 

Artıq AFFA rəhbərliyi xəsarət almış azarkeşə xəstəxanada baş çəkib. Federasiyanın mətbuat xidmətindən saytımıza verilən məlumata görə, hazırda reanimasiyada olan xəstənin vəziyyəti ilə maraqlanan rəhbərlik onun bütün müalicə xərclərini öz üzərinə götürüb.

mənbə :
lent.az

AFFA körpüden yıxılan azarkeşin müalice xercini öz üzerine götürdü