05.10.2016 / 11:34 xeber –
Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də Xəzər rayonunun Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Məcidovun odlu silahdan qətlə yetirilmiş meyiti qəsəbə ərazisindəki mağazalardan birində tapılıb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, ruhi xəstə Rauf Cəbrayılov tutulub və hadisə törədilərkən istifadə edilmiş “TOZ-16” markalı tüfəng və 2 ədəd patron götürülüb.
mənbə :
lent.az