İçeriğe geçmek için "Enter"a basın

Müəllim Günündə müəllimi maşın vurdu

05-10-2016

05.10.2016 / 10:20 xeber –

 

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi, Xaçmaz şəhəri Çingiz Abdullayev adına 2 saylı orta məktəbin Azərbaycan dili müəllimi, 1959-cu il təvəllüdlü Sultanova Zemfira Məmməd qızı “Opel-Astra” markalı avtomobillə vurulub. Ona sol yuxarı ətrafın qapalı sınığı, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

mənbə :
lent.az

Müellim Gününde müellimi maşın vurdu