İçeriğe geçmek için "Enter"a basın

Gələn il Azərbaycanda iqtisadi artım olacaq - BVF

05-10-2016

05.10.2016 / 10:18 xeber –

 

Azərbaycanda ümumdaxili məhsul istehsalı (ÜDM) bu il 2,4% azalacaq. "APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund, IMF) qlobal iqtisadiyyatla bağlı açıqladığı növbəti proqnozda deyilir.

 

Proqnoza əsasən, 2017-ci ildə Azərbaycanda 1,4%-lik iqtisadi artım olacaq.

 

Maraqlıdır ki, bundan öncə IMF bu il üzrə Azərbaycanda 3%-lik iqtisadi azalma, gələn il üzrə isə 1%-lik artım proqnozlaşdırıb.

 

Hesabatda həmçinin deyilir ki, bu il Azərbaycanda orta illik inflyasiya 10,2%, gələn il isə 8,5% səviyyəsində olacaq. Halbuki, bundan öncə bu göstəricilər müvafiq olaraq 12% və 9,5% olub.

 

2016-2017-ci illərdə işsizliyin səviyyəsinin 6% olacağı gözlənilir.

 

mənbə :
lent.az

Gelen il Azerbaycanda iqtisadi artım olacaq – BVF