İçeriğe geçmek için "Enter"a basın

Maşallah Əhmədovun cinayət işi icraata verildi

05-10-2016

05.10.2016 / 09:50 xeber –

Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi icraata verilib.

 

APA-nın məlumatına görə, cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək. Yaxın günlərdə cinayət işi üzrə məhkəmə başlayacaq. 

 

M. Əhmədov 2015-ci ilin dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, məhkəmə sonradan onu ev dustaqlığı ilə əvəzləyib.

mənbə :
lent.az

Maşallah Əhmedovun cinayet işi icraata verildi