İçeriğe geçmek için "Enter"a basın

Üç azərbaycanlı uşaq əcnəbilərə övladlığa verilib

04-10-2016

04.10.2016 / 12:00 xeber –

2016-cı ilin 9 ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən 3 övladlığa götürmə faktı qeydə alınıb.

 

Lent.az-ın modern.az-a istinadən məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin sektor müdiri Seymur Məmmədov məlumat verib.

 

O bildirib ki, hər 3 uşaq xarici vətəndaşa ərə gedən azərbaycanlı xanımlar tərəfindən övladlığa götürülüb:

“Xanımlardan biri Türkiyə vətəndaşı, ikincisi Rusiya vətəndaşı, üçüncüsü isə Böyük Britaniya vətəndaşı ilə ailə qurub”.

 

S. Məmmədov qeyd edib ki, əcnəbilərə övladlığa verilən uşaqlardan 2-si 10 və 13 yaşlı oğlanlar, digəri isə 4 yaşlı qız uşağıdır.

 

Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda əcnəbilər tərəfindən 6 övladlığa götürmə faktı qeydə alınıb.

 

Ümumilikdə, 2007-2015-cü illərdə 49 uşaq əcnəbi vətəndaşlara övladlığa verilib. Övladlığa uşaq götürənlər arasında Azərbaycan əsilli Rusiya vətəndaşı olan şəxslər və ABŞ vətəndaşları üstünlük təşkil edib.

mənbə :
lent.az

Üç azerbaycanlı uşaq ecnebilere övladlığa verilib