İçeriğe geçmek için "Enter"a basın

“Yol hərəkəti haqqında” qanun müzakirəyə çıxarılır

04-10-2016

04.10.2016 / 11:54 xeber –

Azərbaycan Milli Məclisinin payız sessiyasında növbəti plenar iclası oktyabrın 14-də olacaq.

 

Parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 30 məsələ daxildir.

 

Bunlar “Büdcə sistemi haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Təhsil haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Reklam haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarın maraqlarının qorunması haqqında”, “Yol hərəkəti haqqında” və sair qanunlara, o cümlədən Vergi, Mülki Prosessual, Əmək, İnzibati Xətalar məcəllələrinə dəyişikliklərdir.

mənbə :
lent.az

“Yol hereketi haqqında” qanun müzakireye çıxarılır