İçeriğe geçmek için "Enter"a basın

Göygöldə iki “VAZ” toqquşdu: 5 yaralı - YENİLƏNİB

04-10-2016

03.10.2016 / 23:18 xeber –

Göygöldə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun, Göygöl rayonu Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.

 

“VAZ2107” və “VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər, 1979-cu il təvəllüdlü Vüsalə Əliyeva, 1996-cı il təvəllüdlü Xaliq Həsənov, 1979-cu il təvəllüdlü Təhmas Əliyev, 1995-ci il təvəllüdlü Bilal Quliyev və 2004-cü il təvəllüdlü Samir Əliyev müxtəlif bədən xəsarətləri alıblar.

 

Xaliq Qurbanova hadisə yerində tibbi yardım göstərildikdən sonra, o evə buraxılıb, 10 yaşlı Samir Əliyev isə uşaq xəstəxanasına aparılır. Digər 3 nəfər isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. 

 

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

 

***

 

Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun, Göygöl rayonu Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.

 

 “VAZ2107” və “VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər, 1979-cu il təvəllüdlü Vüsalə Əliyeva və 1996-cı il təvəllüdlü Xaliq Həsənov müxtəlif bədən xəsarətləri alıblar.

 

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

mənbə :
lent.az

Göygölde iki “VAZ” toqquşdu: 5 yaralı – YENİLƏNİB