İçeriğe geçmek için "Enter"a basın

Bakıda alov fəhlələrin üzərinə püskürdü - 4 nəfər yanıb

03-10-2016

03.10.2016 / 17:04 xeber –

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” Zavodunda istehsalat qəzası baş verib.

Lent.az-ın “Report”-a istinadən məlumatına görə, alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.

Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur.

Həmin şəxslər 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

mənbə :
lent.az

Bakıda alov fehlelerin üzerine püskürdü – 4 nefer yanıb