02.10.2016 / 18:26 xeber –
Bakı sakininin avtomobilindən oğurluq edilib. Lent.az-ın məlumatına görə, Suraxanı rayon Polis İdarəsinə müraciət edən 1987-ci il təvəllüdlü Cəbiyeva İlahə Elman qızı Əmircan qəsəbəsindəki bazarın qarşısında saxladığı avtomobilin qapısını bağlamağı unutduğunu və 10 dəqiqə sonra geri qayıdarkən maşından xeyli pulun oğurlandığını müəyyən etdiyini bildirib. Şikayətçi avtomobildən 7 yaşlı oğlunun şəxsiyyət vəsiqəsinin də götürüldüyünü əlavə edib.
Araşdırma aparılır.
mənbə :
lent.az