İçeriğe geçmek için "Enter"a basın

Dəhşətli qəzada 7 nəfər öldü, ikiyaşlı uşaq sağ qaldı

01-10-2016

01.10.2016 / 20:15 xeber –

Rusiyanın Kemerovo şəhərində iki avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb. APA-nın RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza “Sibir” avtomobil magistral yolunda baş verib. “Peugeot 308” və “KIA Rio” markalı avtomobillərin toqquşması nəticəsində birinci avtomaşının sürücüsü və iki sərnişini, “KIA”-da isə 4 nəfər aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. “KIA”-nın daha bir ikiyaşlı sərnişini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.

mənbə :
lent.az

Dehşetli qezada 7 nefer öldü, ikiyaşlı uşaq sağ qaldı