İçeriğe geçmek için "Enter"a basın

22 yaşlı piyadanı maşın vurdu - Ağstafada

24-09-2016

23.09.2016 / 22:38 xeber –

Ağstafada 22 yaşlı oğlanı maşın vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Böyük Kəsik kəndində baş verib.

 

Kənd sakini, 1994-cü il təvəllüdlü Ziyadxan Vəliyev heyvanları örüşdən qaytararkən “VAZ 21011” markalı avtomobil tərəfindən vurulub.

 

Z. Vəliyev müxtəlif bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

mənbə :
lent.az

22 yaşlı piyadanı maşın vurdu – Ağstafada