İçeriğe geçmek için "Enter"a basın

Gəncədə iki VAZ toqquşdu:1 yaralı

23-09-2016

23.09.2016 / 22:32 xeber –

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

 

“VAZ 2107” və “VAZ 2104” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 2107”-nin sürücüsü, Samux rayon sakini, 1987-ci il təvəllüdlü Şahmar Əliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

mənbə :
lent.az

Gencede iki VAZ toqquşdu:1 yaralı