İçeriğe geçmek için "Enter"a basın

Lavrov ABŞ-ı ittiham etdi

23-09-2016

23.09.2016 / 22:26 xeber –

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada tərəfləri toqquşmadan ayırmağa qadir deyil.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT Baş Assambleyasında çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

 

“Təəssüf ki, tərəflərin geri çəkilməsinin təmin etməyə hazır olduqlarını bildirən koalisiya öhdəsinə götürdüyü vəzifələri həyata keçirməyə qadir deyil. Bu olmadan atəşkəs rejiminin mənası itir”, deyə S.Lavrov bildirib.

 

Onun sözlərinə görə, Suriya hökuməti atəşkəs üzrə öhdəliklərini yerinə yetirib: “Müxalifət isə barmağın da tərpətməyib”. 

mənbə :
lent.az

Lavrov ABŞ-ı ittiham etdi