İçeriğe geçmek için "Enter"a basın

Piyada yol qəzasına səbəb oldu - Bakıda

23-09-2016

23.09.2016 / 21:22 xeber –

Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, Ceyhun Hacıbəyli küçəsində baş verən hadisəyə yolun qadağan olunmuş hissəsindən keçən piyada səbəb olub.

 

“Kia” markalı avtomobilinin sürücüsü Habil İsmayılovun sözünə görə hərəkətdə olarkən anidən qarşısına piyada çıxıb. Qadına yol vermək istəyən sürücü əyləci basıb. Arxadan gələn “AzSamand” markalı minik avtomobilinin sürücüsü isə düzgün ara məsafəsi saxlamadığı üçün qarşıdakı maşına çırpılıb.

 

Əraziyə Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb olunub, müayinələr aparılıb.  İlkin araşdırma zamanı “AzSamand”ın sürücüsü Vüqar Allahverdiyevin yol hərəkəti qaydalarına əməl etmədiyi müəyyən olunub. Sürücünün özü isə günahı piyadada görür.

 

Piyadanın səbəb olduğu yol qəzası zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

mənbə :
lent.az

Piyada yol qezasına sebeb oldu – Bakıda