İçeriğe geçmek için "Enter"a basın

Müəllim yanına gedən şagird qətlə yetirildi - Qazaxda

23-09-2016

23.09.2016 / 18:17 xeber –

Qazaxda 16 yaşlı oğlan qətlə yetirilib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Qazax şəhərində qeydə alınıb.

 

Rayonun Dəmirçilər kənd sakini, 2000-ci il təvəllüdlü Taleh Bayramoğlu müəllim yanına hazırlığa gedərkən öz yaşında olan yeniyetmə tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

 

Qazax rayon Polis Şöbəsindən verilən məlumata görə, qətli törədən yeniyetmə artıq saxlanılıb.

 

Fakt üzrə Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

mənbə :
lent.az

Müellim yanına geden şagird qetle yetirildi – Qazaxda