İçeriğe geçmek için "Enter"a basın

Bakıda dəhşətli hadisə: qadın özünü binadan atdı - YENİLƏNİB

23-09-2016

23.09.2016 / 18:09 xeber –

Dünən Bakıda qadının çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, 1980-ci il təvəllüdlü Qarayeva Nurlanə Nemət qızı əslində bədbəxt hadisənin qurbanı olmayıb, onun intihar etdiyi üzə çıxıb. Bəlli olub ki, 36 yaşlı qadın həyat yoldaşı və uşaqları evdə olarkən mənzilin eyvanına çıxaraq özünü atıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır. 

 

 

*****

 

11:49

 

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 22-də Yasamal rayonu ərazisində yaşayan Nurlanə Qarayeva evlərinin eyvanından (9-cu mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

 

 

Araşdırma aparılır.

mənbə :
lent.az

Bakıda dehşetli hadise: qadın özünü binadan atdı – YENİLƏNİB