İçeriğe geçmek için "Enter"a basın

FHN əməkdaşları “Xəzər-2016” beynəlxalq kompleks təlimdə iştirak edib

23-09-2016

23.09.2016 / 16:37 xeber –

Xəbər verdiyimiz kimi, 21-22 sentyabr 2016-cı il tarixlərində Rusiya Federasiyasının Həştərxan vilayətində Xəzəryanı ölkələr – Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın fövqəladə hallar üzrə məsul qurumlarının iştirakı ilə “Xəzər-2016” beynəlxalq kompleks təlim keçirilib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi altında beynəlxalq kompleks təlimdə Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi, “Vixr-9” yanğınsöndürən gəmisi və xilasedici dəstəsi texnogen qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatında uğurla iştirak edib.

 

Azərbaycan nümayəndə heyəti təlim çərçivəsində qərargahda yaradılmış videokonfransda  və “Risklərin qlobal tendensiyaları və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş konfransda da iştirak edib.  

mənbə :
lent.az

FHN emekdaşları “Xezer-2016” beynelxalq kompleks telimde iştirak edib