İçeriğe geçmek için "Enter"a basın

İsmayıllıda avtomobil aşdı - 3 nəfər ağır xəsarət alıb

23-09-2016

23.09.2016 / 16:24 xeber –

İsmayıllı rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:30 radələrində İsmayıllı-Qaraməryəm yolunun 2-ci kilometrliyində qeydə alınıb.

 

İsmayıllının Kürdmaşı kənd sakininə məxsus 31-EP-121 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan şəxslər – 1979-cu il təvəllüdlü Hacıyev Zaur Ədalət oğlu, 1965-ci il təvəllüdlü Cəfərov Salman Abdulla oğlu və 1968-ci il təvəllüdlü Cəfərova Ruqiyə Allahverdi qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

mənbə :
lent.az

İsmayıllıda avtomobil aşdı – 3 nefer ağır xesaret alıb