İçeriğe geçmek için "Enter"a basın

Tolikdən deputata SƏRT CAVAB: "Sən kimsən, bu ölkə bizimdir?!"

23-09-2016

23.09.2016 / 15:54 xeber –

 

Prodüser Tarix Əliyev (Tolik) bu dəfə millət vəkili Fazil Mustafa ilə qalmaqalın təməlini qoyub.

 

O, millət vəkilinin toy adət-ənənələri ilə bağlı fikrilərinə "İnstagram" səhifəsində sərt reaksiya verib. Tolik F. Mustafanın toylarda müğənnilərin iştirakı, səsgücləndiricilər və s. barədə fikirləri ilə razı olmadığını bildirib: “Bu deputat, məncə, nə danışdığını bilmir. Sən kimsən ki, Azərbaycan vətəndaşının ölkəyə gəlməsinə qadağa qoyasan?! Bu ölkə  bizimdir, sizlər 5 il deputat olub, sonra olmayacaqsınız, amma müğənnilər bu xalqın illərdir qulluğundadır".

 

Tolik yazıb ki, müğənnilər heç olmasa xeyriyə tədbirinə, uşaq evinə, əsgərlərin yanına gedir, imkansızın toyuna ildə bir dəfə də olsa iştirak edir: "Bəs siz bu vaxtacan xalq üçün neyləmisiniz? Dövlətin büdcəsini yalnız müğənnilər doldurmalıdır? Rayonlarda elə manopoliyaları bəzi deputatlar yaradır da!! Bəlkə siz metrodan istifadə eləyirsiniz, ya da avtobusla gəzirsiniz  xəbərimiz yoxdur?!  Mən şəxsən bu ölkəyə bəzi deputatlardan çox yararlıyam!! Lazım olubsa, kimsəsizlər evinə nəsə almışam, lazım olub kasıba əl tutmuşam, lazim olub əməliyyat elətdirmişəm!! Bəs siz neynəmisiniz? Xalgın acınacaqlı vəziyyətini düşünən deputat gedər xalqın içində olar, bunların maaşlarını artırar, guya bunlar heç pul görməyiblər. Axı xalqını düşünən etiraz edər və deyər ki, mənim maaşımı niyə qaldırırsınız, ondansa bəzi ailələrə sosial yardım edin!!”

mənbə :
lent.az

Tolikden deputata SƏRT CAVAB: "Sen kimsen, bu ölke bizimdir?!"