İçeriğe geçmek için "Enter"a basın

"Tərəf" qəzetinin baş redaktoru həbs edildi

23-09-2016

23.09.2016 / 15:02 xeber –

Türkiyədə jurnalist həbs edilib. Lent.az-ın “odatv.com”a istinadən məlumatına görə, "Tərəf" qəzetinin keçmiş baş redaktoru  Ahmet Altan barəsində həbs qərarı çıxarılıb,  o, Silivridəki cəzaçəkmə müəssisəsinə göndərilib.

 

Ahmet Altan Fətullahçı Terror Təşkilatına ( FETÖ) üzv olmaqda və dövlət çevrilişinə cəhddə  ittiham edilib.

 

Xatırladaq ki, Türkiyədə 15 iyun qiyama cəhdindən sonra aparılan istintaq zaman Ahmet Altan saxlansa da ifadəsi alınandan sonra sərbəst buraxılmışdı. Məlumatda qeyd edilib ki, onun ölkədən qaçma istəyi olduğundan onun barəsində yenidən həbs qərarı çıxarılıb. 

mənbə :
lent.az

"Teref" qezetinin baş redaktoru hebs edildi