xeber –
Qurban Qurbanov “Bakı” ilə oyunla (1:1) bağlı fikirlərini bildirib.
ANS PRESS-in məlumatına görə, “Qarabağ”ın baş məşqçisi yetirmələrindən narazı qalıb:
“Oyunda qol epizodlarımız oldu. Amma yorğunluq hiss olunurdu. Matça yaxşı hazırlaşa bilməmişdik. “Bakı” bu gün bizdən xal aldı. Futbolçuların üzərinə çox getmək istəmirəm. Matçın gedişində hər şey görünürdü. Futbolçularım düzgün düşünə bilmirdi. İndi əsas məqsəd oyunçuları yaxşı vəziyyətə gətirməliyik. Hücumda müəyyən problemlərimiz var. İstədiyimiz dəyişiklikləri edə bilmirik. Sizinlə danışmalı çox məsələ yoxdu. Futbolçularla isə çox məsələni danışmalıyıq”.
“Bakı”nın baş məşqçisi oyunla bağlı bunları bildirib:
“Böyük sıxıntılardan sonra “Qarabağ” kimi güclü bir komandaya qarşı mübarizə apardıq. Mən indiyə qədər “oyuna çıxmayacağıq” cümləsi işlətməmişəm. Məşqə çıxmamaq olar, belə problemlər mümkündü. Bu gün futbolçular oyuna çıxdılar və 1 xal qazandıq. Mən bu xalı rəhbərliyə hədiyyə edirəm”.
Mənbə : Anspress.com