İçeriğe geçmek için "Enter"a basın

İŞİD bir nömrəli düşməninin adını açıqladı

31-08-2016

31.08.2016 / 22:35 xeber –

İŞİD terror qruplaşması Roma Papası Fransiski bir nömrəli düşmən elan edib.

 

Oxu.Az-ın Daily Express nəşrinə istinadən xəbərinə görə, bu barədə ekstremistlərin Dabiq jurnalında məlumat verilir.

 

“Biz sənə Allahı tanımadığına görə nifrət edirik”, – jurnal terrorçuların Fransiskə ünvanladığı müracəitdən sitat gətirir.

 

Yaraqlılar həmçinin Papa Fransiski LGBT-yə dəstək verməkdə ittiham ediblər.

 

Nəşr qeyd edir ki, bundan əvvəl İŞİD Vatikana hücum və Roma Papasının qətlə yetirilməsinin planını əks etdirən video yayıb.

mənbə :
lent.az

İŞİD bir nömreli düşmeninin adını açıqladı