İçeriğe geçmek için "Enter"a basın

Türkiyədə hərbi konvoya hücum: 1 ölü, 1 yaralı

31-08-2016

31.08.2016 / 20:37 xeber –

Türkiyənin Hakkari vilayətində hərbi konvoya hücum olub.

 

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, insident Hakkari- Çukurca yolunun 20-cu kilometrliyində baş verib.

 

Məlumata görə, PKK terrorçuları əvvəlcədən basdırdıqları əldəqayırma partlayıcı qurğuları konvoy yoldan keçərkən işə salıblar. Partlayış nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

 

Ölən və yaralanan şəxs Hakkari Dövlət Xəstəxanasına aparılıblar.

 

mənbə :
lent.az

Türkiyede herbi konvoya hücum: 1 ölü, 1 yaralı