İçeriğe geçmek için "Enter"a basın

Prezident İlham Əliyev italiyalı həmkarına başsağlığı verib

24-08-2016

24.08.2016 / 15:20 xeber –

 

Prezident İlham Əliyev İtaliyanın prezidenti  Sercio Mattarellaya İtaliya baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında belə deyilir:

 

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

 

mənbə :
lent.az

Prezident İlham Əliyev italiyalı hemkarına başsağlığı verib