İçeriğe geçmek için "Enter"a basın

Qadın məsləhətxanalarında hamilələrə necə qulluq edilir?

24-08-2016

24.08.2016 / 14:11 xeber –

 

Bu gün  KİV nümayəndələrinin iştirakı ilə 3 saylı qadın məsləhətxanasında hamilə qadınlara antenatal qulluğa həsr edilmiş tədbir keçirilib.

 

 

Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən məsləhətxananın baş həkimi Aygün Budaqova bildirib ki, hamilələrin vaxtında aşkar olunması, onların qadın məsləhətxanalarına cəlb olunması olduqca önəmli məsələdir: “ Qadın məsləhətxanalarında hamilələr Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Antenatal xidmət üzrə protokol əsasında müayinə və müalicə olunurlar. Bu məqsədlə qadın məsləhətxanalarında zəruri şərait yaradılıb.  Hamiləliyin hər bir dövrünə ciddi şəkildə nəzarət olunur. Hər hansı genital, ekstragenital, patoloji hal baş verərsə dərhal mütəxəssislər tərəfindən nəzarətə götürülür və lazım gəldikdə hospitalizasiya həyata keçirilir”.

 

 

A.Budaqova deyib ki, bundan başqa əhalinin maarifləndirilməsi, hamiləlilərin qadın məsləhətxanalarına cəlb olunması, onların hamiləlik mövzusunda məlumatlandırılması məqsədi ilə qadın məsləhətxanalarında analıq məktəbləri təşkil olunur: “ Analıq məktəblərində hamiləliyin hər üç trimestrinə aid müxtəlif mövzularda mühazirələr oxunur. Əsasən bu mövzular hamilə qadınların qidalanması, şəxsi gigiyenası, ana südü ilə qidalandırmaya hazırlıq, doğuşa hazırlıq, zahılıq dövründə qulluq və digər mövzuları əhatə edir”.

 

 

 

Hamilələrə hamiləlik dövründə gedən prosesləri və digər məlumatları qeyd etmək məqsədi ilə müvafiq qeydiyyat kartları təqdim edildiyini deyən Baş həkimin sözlərinə görə, hamilələr qadın məsləhətxanalarına gələrkən müşahidə edən həkim həmin qeydiyyat kartlarında zəruri qeydlər aparır.

 

 

 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin 22 saylı əmrinə əsasən antenatal xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi ilə Bakı şəhərinin həkim mama-ginekoloqlarının regionlara ezam olunması təşkil olunub. Paytaxtda eləcə də regionlarda gələcək nəslin sağlamlığı naminə hamilə qadınların, dünyaya gələcək körpənin vaxtında müayinə və müalicəsi ciddi şəkildə təşkil olunur və nəzarətdə saxlanılır.

mənbə :
lent.az

Qadın meslehetxanalarında hamilelere nece qulluq edilir?