İçeriğe geçmek için "Enter"a basın

Paralimpiya oyunlarına daha 3 idmançımız lisenziya qazanıb

24-08-2016

24.08.2016 / 14:10 xeber –

 

 

Braziliyanın Rio şəhərində keçiriləcək Paralimpiya oyunlarına daha 3 idmançımız lisenziya qazanıb.

 

 

Lent.az-a bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

 

 

Bildirilib ki, ötən gün İdman Arbitraj Məhkəməsi Rusiya yığmasının Rio-2016 paralimpiya oyunlarında iştirak etməyəcəyi barədə qərar qəbul edib. Belə ki, məhkəmə Rusiyanın Beynəlxalq Paralimpiya Komitəsinin qərarından şikayətini rədd edib.

Beləliklə Rusiya idmançılarının Rio-2016 Paralimpiya Oyunlarına əldə etdikləri 267 lisenziya digər ölkələr arasında bölünüb.

 

Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov bildirib ki, ötən gün Beynəlxalq Paralimpiya Komitəsindən onlara rəsmi məlumat daxil olub və Paralimpiyaçılarımız Rio-ya əlavə 3 lisenziya qazanıb. Komitə rəhbərinin sözlərinə görə bunlar cüdo idman növündə Afaq Sultanova və Ramin Əliyev, atletikada Hüseyn Hüseynovdur.

Afaq Sultanova London Paralimpiya Oyunlarının qızıl mükafatçısıdır.

Xatırladaq ki, Rio -2016 paralimpiya oyunlarına 27 paralimpiyaçımız , 6 idman növündə ümumilikdə 44 lisenziya qazanıb.

mənbə :
lent.az

Paralimpiya oyunlarına daha 3 idmançımız lisenziya qazanıb