İçeriğe geçmek için "Enter"a basın

“2 yaşlı uşağın Həcc ziyarətinə getməsi…”

24-08-2016


24/08/2016 [13:38]: xeber –
Türkiyədə Həcc ziyarətinə yola düşən zəvvarların arasında 2 yaşlı uşağın da olduğu haqqında məlumat vermişdik. Bildirmişdik ki, bu ilki hacılığa namizədlər arasında Nevşehirdən olan 2 yaşlı Muhamməd Enes Özkürkçü də var. Valideynləri ilə birlikdə Həccə yola düşən balaca zəvvar ağ rəngdə libası ilə hacılığa namizədlər arasında daha çox diqqəti cəlb edib. Maraqlıdır, İslam dininə görə, 2 yaşlı uşağın Həcc ziyarətinə getməsi nə qədər doğrudur? Azyaşlı zəvvar ziyarətdən qayıtdıqdan sonra hacı hesab olunacaqmı? Ümumiyyətlə, İslam dininə görə Həcc ziyarəti üçün hansısa yaş həddi müəyyən edilibmi? sayt-ın bu və ya digər suallarına Hacı Şahin aydınlıq gətirib. Hacı Şahin bildirib ki, Həcc ziyarəti yetkinlik yaşına çatdıqdan sonra vacib hesab olunur:“Bütün dini ayinləri icra etmək insan üçün yetkinlik yaşına çatanda vacib hesab olunur. Dini nöqteyi nəzərdən isə yetkinlik yaşı oğlanlar üçün 15, qızlar üçün 9 yaş müəyyən edilib. Yəni, bu yaşdan sonra artıq dini ayinləri icra etmək insanlara vacib buyurulur. Bu yaşa qədər, məsələn, 2 yaşlı uşağın Həccə getməsi onun boynundan Həcc ziyarətini götürmür. Yəni, uşaq böyüdükdən, həddi-buluğa çatdıqdan sonra imkanı olacaqsa, boynunda Həcc ziyarəti qalacaq. Sadəcə bəzi valideynlərin uşaqlarını evdə qoymağa şəraiti olmur və ziyarətə azyaşlı uşaqları ilə birlikdə gəlirlər. Mən özüm də Həcc ziyarətində olanda bunun şahidi olmuşam. Bu, o anlama gəlmir ki, həmin uşaqlar orada Həcc ayinlərini icra etməlidirlər. Onsuz da o uşaqların boynunda Həcc ziyarəti qalacaq”.Hacı Şahin göstəriş xatirinə Həccə gedənlərə, övladlarını Həccə aparanlara da münasibət bildirib:“İnsanın ibadətini kiməsə göstərməsi, nümayiş etdirməsi dini nöqteyi nəzərdən qətiyyən yolverilməzdir. Quranda da qeyd olunur ki, vay olsun o namaz qılanların halına ki, özlərini camaata göstərələr. Əgər hər hansı bir ibadətdə özünü göstərmə varsa, insan kimlərəsə özünü göstərirsə, bu, dində riya sayılır. İnsan əməlinə də riya qarışarsa, onun heç bir ibadəti qəbul olunmur”. Rumiyyə


mənbə : moderator.az

“2 yaşlı uşağın Hecc ziyaretine getmesi…”