İçeriğe geçmek için "Enter"a basın

Türk ordusunun Suriyadakı əməliyyatları nə qədər davam edəcək? -Rəsmi açıqlama

24-08-2016


24/08/2016 [12:56]: xeber –
Türkiyə Hərbi Qüvvələrinin Suriyanın şimalında Cerablus rayonunda əməliyyatları bu ərazi İŞİD-dən tamamən təmizlənənə qədər davam edəcək. Bu barədə çərşənbə günü Türkiyənin daxili işlər naziri Əfqan Əla məlumat verib.”Biz bu əməliyyatı koalisiya qüvvələri ilə birgə qərar əsasında həyata keçiririk. Məqsədimiz Suriyada müxalifətə kömək göstərməkdir. Söhbət Türkiyəyə qarşı açıq təhlükədən gedir.Dünən Türkiyə ərazisinə Suriyadan 9, bu gün isə bir mərmi düşüb. Biz daha buna dözə bilmərik və sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əməliyyat aparırıq. Regionda əhalinin təhlükəsizliyini təmin etmək üçün 6 kəndin sakinləri təxliyə edilib”,- deyə Əfqan Əla söyləyib.(Ölkə.Az)


mənbə : moderator.az

Türk ordusunun Suriyadakı emeliyyatları ne qeder davam edecek? -Resmi açıqlama