İçeriğe geçmek için "Enter"a basın

Övladlığa verilən əkizlər 25 ildən sonra təsadüfən bir-birini tapıb – FOTO

10-08-2016


10/08/2016 [21:57]: xeber –
Doğulduqları an ayrılan Cənubi Koreyadan olan əkiz bacılar 25 ildən sonra təsadüfən gördükləri bir video sayəsində bir-birinə qovuşublar.Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, hər şey dostlarının Fransada moda sahəsində təhsil olan Anais Bordier adlı xanıma “YouTube”dan bir video göndərməsi ilə başlayıb. Rəfiqələri gənc qıza videogörüntüdə yer alan ABŞ-lı aktrisa Samantha Futermanın əkizi qədər bənzədiyini israr ediblər.Bordier isə Futerman haqqında araşdırma apararaq ikisinin də doğum tarixinin eyni olduğunu öyrənib. Futurmanın “Facebook”dakı məlumatlarına baxan Bordier hər ikisinin Cənubi Koreyanın eyni şəhərində doğulduğunu aydınlaşdırıb. Bunun ardınca Bordierin fransız ailə, Futermanın isə ABŞ-lı ailə tərəfindən doğulduqları gün övladlığa götürüldüyü ortaya çıxıb.Bir-birinin uşaqlıq fotoşəkillərini paylaşan əkizlər inanılmaz bənzərlik qarşısında təəccüb keçirib. Dərhal DNT testi etdirdikdən sonra əkiz olduqlarından əmin olublar.25 ilin həsrətini çıxaran əkizlər indi heç ayrılmırlar.


mənbə : moderator.az

Övladlığa verilen ekizler 25 ilden sonra tesadüfen bir-birini tapıb – FOTO