08.08.2016 / 05:57 xeber –
Çinli ağır atlet Lun Tsinstyuan Rio Olimpiadasında ikinövçülükdə (307 kq) dünya rekordunu yeniləyərək 1-ci yer tutub.
APA-nın məlumatına görə, çinli 56 kq çəki dərəcəsində olimpiya çempionu olub.
O, 2000-ci ildə Sidney Olimpiyadasında Türkiyə təmsilçisi Xəlil Mutlunun rekordunu (305 kq) yeniləyib.
2-ci yeri London Olimpiadasının qalibi, hazırkı dünya çempionu Şimali Koreyalı Om Yun Çxol, 3-cü yeri isə taylandlı Sinfet Kruaitonq tutub .
mənbə :
lent.az