İçeriğe geçmek için "Enter"a basın

Rusiya yığması Paralimpiya Oyunlarına buraxılmadı

07-08-2016

07.08.2016 / 21:03 xeber –

Beynəlxalq Paralimpiya Komitəsi (BPK) Rusiya yığmasını Rio-2016 Paralimpiya Oyunlarında çıxışdan məhrum edib. Apasport.az saytının məlumatına görə, buna səbəb dopinq qalmaqalıdır.

 

BPK prezidenti Filip Kreyven bu barədə Rusiya mətbuatına açıqlama verib: “Məsələ hansısa konkret bir idman növünündə qeydə alınana qanun pozuntusundan getmir. Əsas problem dopinq sisteminə dövlətin verdiyi dəstəkdir”.

 

Qeyd edək ki, bu qərar Beynəlxalq Antidopinq Komitəsinin (WADA) hesabatı ilə tanış olduqdan sonra verilib.

mənbə :
lent.az

Rusiya yığması Paralimpiya Oyunlarına buraxılmadı