İçeriğe geçmek için "Enter"a basın

Su quyusuna düşən şəxs xilas edildi

06-08-2016

06.08.2016 / 19:32 xeber –

 

Xəzər rayonunda bir nəfər həyətindəki su quyusuna düşüb.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin fərdi yaşayış evin həyətyanı sahəsində su quyusuna düşməsi barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı quyudan çıxarıb və Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verib.

 

Əməliyyat saat 17:15-də başa çatıb.

mənbə :
lent.az

Su quyusuna düşen şexs xilas edildi