06.08.2016 / 19:11 xeber –
Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında növbəti qələbəsini qazanıb.
APA-nın məlumatına görə, cüdoçumuz 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayevi məğlub edib.
O. Səfərov 1/8 finalda Felipe Kitadai (Braziliya) – Tobias Enqlmayer (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.
**
18:41
Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edib. APA-nın məlumatına görə, idmançımız yarışa qələbə ilə başlayıb.
1/32 finalda Peru təmsilçisi Xuan Postiqos ilə üz-üzə gələn cüdoçu rəqibini məğlub edib və növbəti mərhələyə yüksəlib. O. Səfərov 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayev ilə üz-üzə gələcək.
mənbə :
lent.az