İçeriğe geçmek için "Enter"a basın

Çempion idmançı paralimpiyadan sonra həyatına son qoyacaq - ŞOK QƏRAR

06-08-2016

06.08.2016 / 14:45 xeber –

Belçikalı paralimpiyaçı altet Marieke Vervoort Rio Olimpiadasından sonra həyatına son qoymaq qərarına gəlib.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2012-ci il London paralimpiya oyunlarında əl pedallı velosiped ilə 100 metr yarışında qızıl medal qazanan 37 yaşlı M.Vervoort müalicəsi olmayan xəstəliyin pəncəsindədir. Vervoortun orqanizmi özünü yeniləmə qabiliyyətini itirdiyi üçün gün keçdikcə onun ağrıları artır, gücdən düşür. Hazırda onu həyata bağlayan yeganə şeyin 7-18 sentyabr tarixləri arasında keçiriləcək paralimpiya oyunları olduğunu deyən idmançı qadın bu oyunlardan sonra evtanazaiya ilə həyatına son vermək üçün müraciət edəcəyini açıqlayıb.

 

Bildirək ki, evtanaziya Belçikada qanunidir.

 

Ağrılarına görə 10 dəqiqədən çox yata bilməyən Vervoort son olaraq “ cənazəmə gələnlər məni xatırlamaq üçün bir qədəh şampan içsin, yetər” vəsiyyətini edib.

 

mənbə :
lent.az

Çempion idmançı paralimpiyadan sonra heyatına son qoyacaq – QƏRAR