İçeriğe geçmek için "Enter"a basın

4,1 milyard dəfə izləndi: “Youtube”un kralı oldu (VİDEO)

17-01-2015


17.01.2015 20:30 xeber –

İngiltərədə yaşayan Felix Kjellbergin Youtube-da yaratdığı “PewDiePie” oyun kanalı rekord qırıb.

ANS PRESS-in məlumatına görə, qeyd edəilən kanalı 4.1 milyard adam izləyib. Beləliklə “PewDiePie” ötən ilin ən çox izlənilən kanalı olub.

“OpenSlate” video analiz təşkilatı ötən il kanala 33 milyon adamın üzv olduğunu bildirib.

Kjellberg kanala yeni çıxan oyunları yükləyir. Kanala 2014-cü ildə uşaqlar üçün yüklənən oyun videoları 3.3 milyard dəfə izlənib.

Bununla yanaşı Şakiranın videoları 2 milyard, Jimmy Fallon videoları isə 1.7 milyard izlənənlər sırasındadır.

4,1 milyard dəfə izləndi: “Youtube”un kralı oldu (VİDEO)