01.08.2016 / 19:56 xeber –
Türkiyənin Bingöl vilayətində mərkəzdən 15 km məsafədə yerləşən hava limanı yolunda özəl hərəkat polislərini daşıyan xidməti avtomobil keçərkən partlayıb.
Lent.az-ın haberturk-e istinadən xəbərinə görə, partlayış PKK terrorçularının yola əvvəlcədən quraşdırdığı bombanın işə salınması nəticəsində baş verib.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb olunub.
mənbə :
lent.az