İçeriğe geçmek için "Enter"a basın

Baş redaktor: "Çox xoşbətik ki, bizə inananlar var" - AZNEWS - 4

01-08-2016

01.08.2016 / 18:32 xeber –

Bu gün AzNews.az saytı yaranmasının 4-cü ildönümünü qeyd edir. Qısa zaman ərzində kifayət qədər oxucu toplayan sayt yaxın gələcəkdə xarici dildə də yayımlanmağı planlaşdırır. Bu barədə Lent.az-ın müxbirilə söhbətində saytın baş redaktoru Elçin Zahiroğlu bildirib. Onun sözlərinə görə, sayt tezliklə İngilis dilində də fəaliyyət göstərəcək.

Baş redaktor deyir ki, sayt ötən 4 il ərzində istədikləri hər şeyə çata bilməsə də, amma daim oxucularının sayını artırmaqdadır:

“Çalışırıq ki, oxucularımızı, media sahəsində ö çəkimizi artıraq, ictimai fikrin formalaşmasında bizim yükümüz daha çox olsun. Bu gün bizə gələn təbriklərdən də görünür ki, nəticə çox da pis deyil. Amma biz çalışırıq ki, daha böyük işlər görək. Növbəti yaşımızda yeni proyektlərlə bu mövqeyimizi daha da möhkəmləndirmək fikrimiz var. Biz balaca imkanlarla məhdud çərçivədə çalışmışıq ki, öz məqsədimizə nail olaq. Bu gün AzNews.az-ın yaydığı məlumatlara biganə qalınmır. Kiçik bir xəbər tirajlanır və biz ictimai fikrin formalaşdırmağa qadir bir saytıq. Çox xoşbətik ki, bizə inananlar var, probleminin həllini bizdə görən insanlar var. Statistikaya görə, oxucularımızın 90 faizi daimi oxuculardır. Bu da o deməkdir ki, sosial şəbəkələrdən gələn, təsadüfən hansısa reklamdan görüb saytı tıklayanların sayı  azdı. Demək,  vəziyyət normaldır. Gələcəkdə də çalışacağıq ki, indiki yerimizi daha da möhkəmləndirək və daha da irəli gedək”.

 

Saytın baş redaktoru gələcək planlarından da bəhs edir: “Növbəti planlarla yeni layihələr, saytın texniki imkanlarını genişləndirmək, əməkdaşlarımızın sayını çoxaltmaq və xarici dillərdən birində yayımlanmağa nail olmaqdır”.

mənbə :
lent.az

Baş redaktor: "Çox xoşbetik ki, bize inananlar var" – AZNEWS – 4