İçeriğe geçmek için "Enter"a basın

Türkiyədə konstitusiyaya dəyişiklik gündəmə gəldi

01-08-2016

01.08.2016 / 18:22 xeber –

Bu gün Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımla müxalifətdə olan Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı arasında görüş keçirilib. Lent.az habertürk-ə istinadən xəbər verir ki, əvvəlcə CHP-nin qərargahında görüşən Binəli Yıldırım və Kamal Kılıçdaroğlu 1 saatdan artıq davam edən müzakirələrin nəticələri barədə mediaya açıqlama veriblər. Tərəflər mövcud konstitusiyada bəzi dəyişiklikləri müzakirə etdiklərini bildiriblər.

 

Daha sonra Binəli Yıldırım parlament binasında MHP lideri Dövlət Bağçalı ilə bir araya gəlib. Görüşdə konstitusiyaya edilməli olan dəyişikliklər, ölkədəki fövqəladə vəziyyət və dövlətin içində formalaşmış qruplaşmalarla mübarizə məsələləri müzakirə edilib.

mənbə :
lent.az

Türkiyede konstitusiyaya deyişiklik gündeme geldi