İçeriğe geçmek için "Enter"a basın

Rezidenturaya ixtisas seçimi başladı

01-08-2016

01.08.2016 / 10:46 xeber –

Rezidenturaya qəbul üçün ixtisas seçimi avqustun 1-dən 7-dək aparılacaq. TQDK-dan Lent.az-a verilən məlumata görə, müsabiqə şərtini ödəyən namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili istiqamətinə (bitirdiyi fakültəyə müvafiq olan) uyğun ixtisasları seçib təsdiq etməlidirlər.

 

“Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

 

Bu nömrədə, həmçinin 2015-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunub.

mənbə :
lent.az

Rezidenturaya ixtisas seçimi başladı