İçeriğe geçmek için "Enter"a basın

Hindistanda leysan fəlakəti: 41 ölü

01-08-2016

31.07.2016 / 22:59 xeber –

Hindistanda güclü leysan yağışları nəticəsində ən azı 41 nəfər ölüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, 9 nəfər Mumbay yaxınlığında, 32 nəfər isə Orissa ştatında aramsız yağışların yaratdığı daşqınlar  və yaxud şimşək çaxmasından ölüb.

 

Son həftə hava şəraiti ilə əlaqədar Hindistanın cənub və şərq bölgələrindən 50 minədək insan təxliyə edilib, əkin sahələrinə ciddi ziyan dəyib, 3 minədək yaşayış evi qəzalı vəziyyətə düşüb.

mənbə :
lent.az

Hindistanda leysan felaketi: 41 ölü