İçeriğe geçmek için "Enter"a basın

Bakı sakini evdən qaçmış sevgilisini axtarır - MÜRACİƏT

25-07-2016

25.07.2016 / 19:41 xeber –

Bakı sakini qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi ilə bağlı polisə müraciət edib. Lent.az-ın məlumatına görə, 34-cü Polis Bölməsinə gələrək ərizə yazan Qasımov Talıb Asif oğlu bildirib ki, onunle birgə kirayə tutduğu evdə yaşayan 1991-ci il təvəllüdlü Hətəmova Nəsibə Məmmədhəsən qızı 3 gün əvvəl mənzildən çıxıb. Həmin vaxtdan sonra 25 yaşlı qızla əlaqə saxlamaq, ondan xəbər tutmaq mümkün olmayıb.

 

T.Qasımov itkin düşən şəxsin xarakterik əlamətlərini polisə təqdim edib.

 

Axtarış tədbirləri həyata keçirilir.

mənbə :
lent.az

Bakı sakini evden qaçmış sevgilisini axtarır – MÜRACİƏT